SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
İlin sonuna doğru icra hakimiyyətləri tenderlərin sayını artırır

İlin sonuna doğru icra hakimiyyətləri tenderlərin sayını artırır

  • 22 oktyabr 2025, 20:20

Azərbaycanda ilin sonuna doğru icra hakimiyyətləri təmir işlərini sürətləndirirlər.

Yurd.Media xəbər verir ki, Tovuz rayonunda mənzil fondunun əsaslı təmiri işlərinə 134 min manat xərclənəcək. Rayon İcra Hakimiyyəti bununla bağlı  “AZƏRTRANSS” MMC ilə müqavilə imzalayıb.

Saatlı rayon İcra Hakimiyyəti isə Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işlərini əhatə edən tenderin qalibini müəyyənləşdirib. Bu işlər üçün “RAPID SERVICES AZERBAIJAN” MMC 785 min manat alacaq.

Ucar şəhərində də yolların əsaslı təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar Ucar rayon İcra Hakimiyyəti “AQROYOL-İNŞAAT” MMC ilə müqavilə bağlayıb, 336 min manat ödəyəcək.

Prime Leasing