SÜJET
Diametri 50 metr olan “2025 PM” asteroidi Yer kürəsinin yanından keçib.
Yurd.Media xəbər verir ki, göy cismi avqustun 17-də, Bakı vaxtı ilə saat 13:03-də Yerdən Ay orbitinin təxminən bir diametrində məsafədə olub.
Mütəxəssislərin fikrincə, Yerə yaxın obyektə növbəti iri yanaşma sentyabrın ikinci yarısında gözlənilir. Daha sonra diametri təqribən 200 m olan 2025 FA22 asteroidi təxminən 1 milyon km məsafədə Yerin yanından keçəcək.
İyulda alimlər xəbərdarlıq ediblər ki, 2029-cu ilin aprelində diametri 375 metr olan “Apofis” asteroidi Yerə 32 min kilometr məsafədə yaxınlaşacaq. Səma cismini Avropa, Afrika və Asiyada yaşayan təxminən 2 milyard insan adi gözlə görə biləcək.