SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Rusiyada saxlanılan azərbaycanlılardan biri sərbəst buraxıldı - YENİLƏNİB - VİDEO

Rusiyada saxlanılan azərbaycanlılardan biri sərbəst buraxıldı - YENİLƏNİB - VİDEO

  • 02 iyul 2025, 00:30

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.

Bu barədə Yurd.Media-ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.


*** 01 iyun 22:09

Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinski saxlanılıb.

Yurd.Media xəbər verir ki, bu barədə onun qohumları məlumat yayıblar.

Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski yerli saytlara açıqlama verərək saxlanılarkən atasının yanında olduğunu bildirib: “Həbsdən öncə bir neçə gün tünd rəngli maşın bizi izləyirdi. Atamla “Baku Plaza”ya tərəf gedəndə yolumuzu kəsib, şüşələri sındırmağa başladılar. Əvvəlcə bunun hücum olduğunu düşündüm, qorxdum və geri çəkildim. Sonra bizi maşından çıxartdılar. İkimizin də vəkil olduğumuzu izah etməyə çalışdım və saxlanılmağımızın səbəbini soruşdum. Mənə dedilər ki, sus. 3-4 dəqiqədən sonra məni buraxdılar və atamı Sverdlovsk vilayətinin İstintaq Komitəsinə apardılar. Onu şahid qismində cəlb ediblər, əvvəllər bu işdə şahid qismində ifadə verib və onun statusu dəyişməyib. Mən başa düşə bilmirəm ki, onlar hansı əsasla şahidi Rusiya Federasiyasının İstintaq Komitəsinə bu şəkildə aparmaq qərarına gəliblər. Hesab edirəm ki, bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir, bizə qarşı qanunsuz hərəkətlərdir".

M.Şıxlinski onu da qeyd edib ki, saxlanılarkən atasına hansı işgənclərin verilməsindən xəbərsizdir: "Mən ayağımdan yüngül xəsarət almışam".

Bildirilir ki, Şahin Şıxlinski iyunun 27-də həbs edilən Səfərov qardaşlarına qarşı cinayət işi üzrə şahid qismində ifadə verib.

Voronej vilayətində isə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.

Bu barədə iş adamının yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Həmçinin, “Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı bildirilir.

Bu haqda Rusiya mətbuatında məlumat yayılıb.

Prime Leasing