SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Prezident İlham Əliyev Gürcüstanda DÖVLƏT SƏFƏRİNDƏ

Prezident İlham Əliyev Gürcüstanda DÖVLƏT SƏFƏRİNDƏ

  • 06 aprel 2026, 11:26

Azərbaycan Prezidenti İlham Əliyev bugün Gürcüstana dövlət səfərinə gedib.

Yurd.Media xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşıladılar.

***

İlham Əliyev və Mehriban Əliyeva Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı Memorialın önünə əklil qoydu.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

***

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.

***

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları