Pezeşkian yenidən Azərbaycan dilində şeir dedi - VİDEO

Pezeşkian yenidən Azərbaycan dilində şeir dedi - VİDEO

  • 17 aprel 2025, 13:44

İran Prezidenti Məsud Pezeşkian Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" şeirindən bir hissəni səsləndirib.

Yurd.Media-nın məlumatına görə, İran Yayım Korporasiyasının Konfrans Mərkəzində keçirilən İran Çempionunun bağlanış mərasimində prezident proqramın aparıcısının xahişi ilə Ustad Şəhriyarın “Heydərbabaya Salam” şeirindən misralar oxuyub və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Xatırladaq ki, İran prezidenti bundan öncə də Azərbaycan dilində şeir səsləndirmişdi, lakin ona azərbaycanca şeir dediyi üçün xəbərdarlıq edilmişdi.