Kolumbiyanın Serete şəhərində bir uşağa neyroşəbəkə ChatGPT-nin şərəfinə ad verilib.
Yurd.Media "Colombia One" saytına istinadən xəbər verir. Yeni doğulmuş körpənin tam adı Chat Yipiti Bastidas Guerradır.
Kolumbiya qanunvericiliyə görə, valideynlər uşağa istənilən adı verə bilərlər, lakin həmin ad şəxsiyyətə hörmət və ləyaqət prinsiplərini pozmamalıdır.
Milli Reyestrin adı təhqiredici və ya yeni doğulmuş körpənin rifahı üçün potensial təhlükəli hesab edərsə, onu rədd etmək hüququ var. Chat Yipiti adı ilə bağlı yerli orqanlar onun qeydiyyatından imtina etmək üçün səbəb tapmayıb.