Kanadada avtomobil kütlənin üzərinə sürülüb.
Yurd.Media xəbər verir ki, Kanadanın Vankuver şəhərində festival zamanı avtomobilin kütlənin üzərinə sürülməsi nəticəsində 1-i uşaq olmaqla, 9 nəfər ölüb, 6 yaralı var.
Hadisə yerli vaxtla axşam saatlarında baş verib. Qeyd olunur ki, sürücünün yolsuzluq avtomobilini festivaldakı insanların üzərinə sürüb. O polis tərəfindən saxlanılıb.
Hüquq-mühafizə orqanları insidentin səbəbləri və saxlanılmış sürücünün mümkün motivləri barədə məlumat vermir.
Festival iştirakçılarının çoxunun Filippindən olduğu bildirilir.