SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
İnsan kök hüceyrələri kosmosda sürətlə yaşlanır - ARAŞDIRMA

İnsan kök hüceyrələri kosmosda sürətlə yaşlanır - ARAŞDIRMA

Kosmosda keçirilən vaxt insan kök hüceyrələrinin sürətlə yaşlanmasına səbəb olur.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, aparılan tədqiqat, mikro yerçəkimi və kosmik radiasiyasının qan hüceyrələrinin molekulyar yaşlanmasını əhəmiyyətli dərəcədə artırdığını aşkarlayıb.

Son onillikdə kosmonavtika sahəsində əldə edilən nailiyyətlər, insan orqanizminin uzunmüddətli kosmik səyahətlərə necə reaksiya verəcəyi ilə bağlı sualları daha da aktuallaşdırıb. Xüsusilə Marsın kolonizasiyası və Aya qayıdış planları fonunda, kosmosun insan sağlamlığına təsirləri ciddi araşdırma mövzusuna çevrilib.

"University of California" San Diego rəhbərliyindəki tədqiqat qrupu, insan kök hüceyrələrinin kosmosda təxminən bir ay qaldıqdan sonra sürətlənmiş yaşlanma əlamətləri göstərdiyini aşkar edib. Bu, gələcək uzunmüddətli kosmik missiyalar üçün həyati əhəmiyyət daşıyan bir məlumatdır.

Tədqiqat, qan və immunitet sisteminin əsasını təşkil edən hematopoietik kök və öncül hüceyrələr (HSPC'lər) üzərində aparılıb. Bu hüceyrələr, orqanizmin qan hüceyrələrini yeniləmək qabiliyyətinə malikdir və immun sistemin normal fəaliyyəti üçün kritik əhəmiyyət daşıyır.

Araşdırma çərçivəsində hüceyrələr, Beynəlxalq Kosmik Stansiyasında (ISS) 32-45 gün ərzində xüsusi nanobiyoreaktorlarda saxlanılıb və müntəzəm olaraq monitorinq edilib. Eyni zamanda, kontrol qrupu kimi eyni tip hüceyrələr Yerdə Kennedy Kosmik Mərkəzində eyni şəraitdə izlənilib.

Nəticələr göstərib ki, kosmosa göndərilən hüceyrələrdə bir sıra mənfi dəyişikliklər baş verib:

- Özünü-yeniləmə qabiliyyətində əhəmiyyətli azalma
- DNA zədələnməsinə qarşı həssaslığın artması
- Hüceyrə enerji stansiyaları olan mitoxondrilərdə iltihablanma
- Molekulyar səviyyədə yaşlanma əlamətlərinin sürətlənməsi

Lakin tədqiqatçılar müəyyən ediblər ki, bu dəyişikliklər daimi deyil və hüceyrələr normal Yer şəraitinə qaytarıldıqda, zədələrin bir qismi bərpa olunur.

Prime Leasing