Almaniyada yaşayan Azərbaycan vətəndaşı Rəşad Cavadov uşağını müvəqqəti saxlanılma qurumuna həvalə etsə də hazırda oradan götürə bilmir.
Yurd.Media xəbər verir ki, 42 yaşlı Rəşad Cavadov xəstəxanada müalicə aldığı müddətdə 15 yaşlı qızı Səadət Cavadovanı Almaniyanın "Jugendamt" qurumuna müvəqqəti həvalə edib.
Müalicə başa çatdıqdan sonra övladını geri almaq istəsə də, artıq 3 aydan çoxdur ki, qurum uşağı geri qaytarmır:
“Müalicəmi başa vurduqdan sonra övladımı geri almaq istədim, amma dedilər ki, uşağa baxa bilmədiyim üçün onu qaytara bilməzlər. Xəstəxana sənədlərimi təqdim etsəm də, hələ də qızım mənə qaytarılmayıb".
O Berlində yerləşən Azərbaycan səfirliyinə müraciət etdiyini bildirib və cavab gözlədiyini vurğulayıb.