SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Dost ölkələrin liderlərinin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasiminə TƏBRİK VİDEOMÜRACİƏTLƏRİ

Dost ölkələrin liderlərinin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasiminə TƏBRİK VİDEOMÜRACİƏTLƏRİ

  • 04 fevral 2026, 22:17

Dost ölkələrin liderləri “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasiminə təbrik videomüraciətləri ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videomüraciətində söyləyib ki, Türkiyə bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri səmimiyyətlə dəstəkləyir:

"Türkiyə Prezidenti davamlı sülhün bərqərar olması yolunda həm Prezident İlham Əliyevin atdığı cəsur addımları, həm də Nikol Paşinyanın ortaya qoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab etdiyini xüsusi vurğulayıb".

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə videomüraciətində deyib ki, parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə vermişdir.

“Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik sürən münaqişəyə son qoydu və beləliklə, Zayed Mükafatının dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir”, - deyə o qeyd edib.

 Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə videomüraciətində deyib ki, Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var:

"Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir".

O vurğulayıb ki, bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də videomüraciət edərək deyib ki, sülh kimi qiyməti olmayan nemət öz-özünə yaranmır. Sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir.

"Şeyx Zayedin "İnsan Qardaşlığı Mükafatı"nın laureatlarını – Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Zati-aliləri Nikol Paşinyanı səmimiyyətlə təbrik etmək mənim üçün böyük şərəfdir", - deyə bildirən Mirziyoyev qeyd edib ki, uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir:

"Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir".

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah da təbrik videomüraciəti edib:

"Ermənistanla Azərbaycan arasında sülh sazişinin, həmçinin həmin razılaşmanı mümkün etmiş insanların və onların göstərdiyi çox böyük səylərin tanınması və qeyd edilməsində hamınıza qoşulmaqdan böyük şərəf hissi duyuram.

Zati-aliləri, əziz dostlarım, bu cür tarixi nailiyyət münasibətilə Sizi təbrik edirəm. Cəsarətli sülh seçimini etdiyinizə görə təbrik edirəm. Bu nailiyyət Sizin inanılmaz cəsarət və rəhbərlik keyfiyyətlərinizin nəticəsidir.

Uğurunuz onilliklər boyu davam etmiş münaqişəyə baxmayaraq, sülhün üstün tutulması mümkünlüyünün nümunəsidir", - kral bildirib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları