SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanlılar dini ziyarət üçün hansı ölkələrə səfər ediblər? - SİYAHI

Azərbaycanlılar dini ziyarət üçün hansı ölkələrə səfər ediblər? - SİYAHI

  • 02 noyabr 2025, 23:25

Bu ilin yanvar-sentyabr aylarında turizm məqsədilə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 1 244 nəfər olub. 

Yurd.Media "Yeniavaz.com"-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının 20 min 684 nəfəri və ya 2,1%-i xarici ölkələrə dini ziyarət məqsədilə səfər edib.

Dini ziyarət üçün gedənlərin yarıdan çoxu – 11 min 145 nəfəri Səudiyyə Ərəbistanına səfər ediblər.

Azərbaycan vətəndaşları bu ilin yanvar-sentyabr aylarında dini ziyarət məqsədilə aşağıdakı ölkələrə səfər ediblər:

Səudiyyə Ərəbistanı – 11 145 nəfər

Türkiyə – 4 281 nəfər

Rusiya – 1 704 nəfər

Birləşmiş Ərəb Əmirlikləri – 1 610 nəfər

İran – 1 006 nəfər

Gürcüstan – 306 nəfər

Qazaxıstan – 164 nəfər

İsrail – 141 nəfər

İraq – 113 nəfər

Özbəkistan – 47 nəfər

Qətər – 21 nəfər

Qırğızıstan – 2 nəfər

Küveyt – 1 nəfər

Digər ölkələr – 43 nəfər

Prime Leasing
SPE Annual Caspian