SÜJET
Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.
Yurd.Media xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan hökumətindəki mənbə məlumat verib. “Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Bakı istiqaməti üzrə qatar reysləri may ayının sonunda bərpa ediləcək”, – mənbə bildirib. Mənbənin sözlərinə görə, dəqiq tarix hələki məlum deyil, bu istiqamətdə tərəflər arasında danışıqlar davam edir.