SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Qurban bayramı Süni intellekt Böyük Qayıdış
Azərbaycan beynəlxalq axtarışa verilmiş Gürcüstan vətəndaşını təhvil verib

Azərbaycan beynəlxalq axtarışa verilmiş Gürcüstan vətəndaşını təhvil verib

  • 26 may 2025, 15:38

Azərbaycan beynəlxalq axtarışa verilmiş Gürcüstan vətəndaşını ölkəsinə təhvil verib.

Yurd.Media xəbər verir ki, Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Gürcüstanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir:

"Mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi şəhər məhkəməsinin 25.10.2023-cü il tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı, 14.08.1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həbs qərarı

İrakli Berdzenadze 2025-ci ilin fevral ayında ölkəmizdə müəyyən edilərək həbs edilib.

Gürcüstana təhvil verilmə

“Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib.

Prime Leasing