Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

  • 25 aprel 2025, 09:00

Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 cüdoçusu qüvvəsini sınayacaq.

Yurd.Media xəbər verir ki, kişilərin yarışında Zelim Tçkayev və Ömər Rəcəbli 81 kq, Murad Fətiyev 90 kq çəki dərəcəsində çıxış edəcək.

Qadınların mübarizəsinə isə 70 kq çəkidə iki cüdoçu - Südabə Ağayeva və Günel Həsənli qatılacaq.

Kişilərin ilk görüşləri 1/16 finala, qadınlarda isə 1/32 finala təsadüf edəcək.

Avropa çempionatı

25 aprel

Kişilər

81 kq

Zelim Tçkayev - Orelyen Bonferroni (İsveçrə)
Ömər Rəcəbli - Jon Vrenozi (Albaniya) / Eetu İhanamaki (Finlandiya) cütünün qalibi

90 kq
Murad Fətiyev - Aleksandr Sidorik (IJF)

Qadınlar

70 kq
Südabə Ağayeva - Adelina Novitski (İsrail)
Günel Həsənli - Anna Oleynik-Korneyko (Ukrayna)

Qeyd edək ki, Azərbaycanın 15 təmsilçisindən indiyədək 7-si tatamiyə çıxıb. Onlardan 2-si - Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medala sahib olub.