SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Axtarışa verilən daha bir nəfər Azərbaycana ekstradisiya edilib - YENİLƏNİB

Axtarışa verilən daha bir nəfər Azərbaycana ekstradisiya edilib - YENİLƏNİB

  • 13 iyun 2025, 17:10

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Məmmədov Ramil Ramiz oğlu və Təhməzov Elçin Bayram oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Bosniya və Herseqovinanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Bu barədə Yurd.Media-ya Azərbaycan Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, həmin şəxslərin qabaqcadan əlbir olan şəxs halında quldurluq etmə cinayət əməlini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa elan edilib.

İyunun 12-də Ramil Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Qeyd edilib ki, Elçin Təhməzovun ölkəmizə gətirilməsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

***15:38

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib.

Bu barədə Yurd.Media Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları İbadov Amal Səxavət oğlu, Məhərrəmli Rizvan Kamil oğlu və İsmayılov Samir Yusif oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Prime Leasing