SÜJET
2025-2026-cı tədris ilindən işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin açılması nəzərdə tutulur.
Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
O bildirib ki, ən azından 10-a yaxın məktəbin açılması gözlənilir:
"Xankəndidə ikinci məktəbin də açılması, həmçinin Ağdam, Zəngilan və digər yerlərdə də yeni məktəblərin açılması gözlənilir. Həm kənd, həm də şəhər məktəbləri açılacaq".