BSU-da yeni prorektor təyinatı

BSU-da yeni prorektor təyinatı

  • 20 aprel 2025, 14:17
Bakı

Bakı Slavyan Universitetinə yeni prorektor təyin olunub.

Yurd.Media "Oxu.az"a istinadən xəbər verir ki, Elm və Təhsil Naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı Fikrət Cahangirov Bakı Slavyan Universitetinə prorektor təyin edilib.

Fikrət Cahangirov Azərbaycan Dillər Universitetində 2007-2013-cü illərdə Filologiya fakültəsinin dekanı, 2015-2017-ci illərdə Pedaqoji fakültənin dekanı, 2017-ci ildən bu günə qədər Təhsil fakültəsinin dekanı olub.