Azərbaycan Dövlət Pedoqoji Universiteti (ADPU) Sahil, Nəsimi, Təbriz və Gənclik korpuslarında mühafizəni gücləndirir.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, ənənəvi olaraq 2026-cı ildə də ali təhsil müəssisəsinin Bakıdakı korpuslarının mühafizəsini "Gesco" şirkəti həyata keçirəcək və 2025-ci illə müqayisədə gələn il üçün mühafizə xərcləri təxminən 7% artırılır.
Ali təhsil müəssisəsi ilə şirkət arasında bağlanılmış müqaviləyə əsasən, 12 aylıq mühafizə xərcləri 482 813,52 manat müəyyənləşib. Məlumat üçün bildirək ki, 2025-ci il üçün bağlanılmış müqavilənin maliyyə dəyəri isə 451.335,84 manat olub.
Xatırladaq ki, mühafizə işinin təşkili 1-i rəis olmaqla ümumilikdə 40 nəfərlik heyətlə həyata keçiriləcək. Universitetin kampuslarının mühafizəsi gecə-gündüz olmaqla növbəli şəkildə təmin olunacaq.