SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıda məktəbin bağlanılaraq liseyə birləşdirilməsi müəllimlərin narazılığına səbəb olub - VİDEO

Bakıda məktəbin bağlanılaraq liseyə birləşdirilməsi müəllimlərin narazılığına səbəb olub - VİDEO

Bakı

Bakının Xətai rayonunda yerləşən 25 nömrəli tam orta məktəbin müəllimləri təhsil ocağının bağlanmasına etiraz edirlər.

Yurd.Media xəbər verir ki, müəllimlər bildiriblər ki, 25 nömrəli tam orta məktəbin Humanitar Təmayüllü Liseyə birləşdirilməsi ilə bağlı onlardan işdən azad olunma ərizəsi yazmaları tələb edilib. 

Onlar bildiriblər ki, 2 il əvvəl məktəbin direktoru işdən çıxarılıb, ötən ay isə müəllimlərə xəbərdarlıq olunub ki, məktəb Humanitar Təmayüllü Liseyə birləşdiriləcək və bu səbəbdən işdən azad olunma ərizəsi yazmaları tələb olunur. Müəllimlərə deyilib ki, ərizə yazanlar liseydə işlə təmin ediləcək, lakin pedaqoqlar bu məsələdə tərəddüd yaşadıqlarını vurğulayıblar.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, 25 nömrəli ümumi təhsil məktəbinin Humanitar Təmayüllü Liseylə birləşdirilməsi təhsilin səmərəli təşkili və məktəb idarəçiliyinin yüksəldilməsi məqsədi daşıyır.

Onun sözlərinə görə, proses çərçivəsində heç bir məhdudlaşdırma və ya ixtisar nəzərdə tutulmur:

“İşdən azad olunma ərizələrinin yazılması qanunauyğun prosesdir. Müəllimlər bu məsələdə dövlət qurumlarına güvənə bilərlər” – deyə Bəşarət Məmmədov əlavə edib.

Prime Leasing