SÜJET

Süni intellekt Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış
Azərbaycanda birinci sinfə qəbulu tamamlanan uşaqların SAYI

Azərbaycanda birinci sinfə qəbulu tamamlanan uşaqların SAYI

  • 14 iyun 2025, 17:22

2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir. Bu günə qədər 113 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.

Yurd.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Son Zəng tədbirində çıxışı zamanı deyib.

“Proses sentyabrın 12-inə qədər davam edəcək.Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər”,-deyə o bildirib.

Prime Leasing