SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Agentlikdən Son zənglə bağlı bir daha xəbərdarlıq

Agentlikdən "Son zəng"lə bağlı bir daha xəbərdarlıq

  • 13 iyun 2025, 17:46

"Son Zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar aprel ayından məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılıb".

Yurd.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

"Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. Valideynlərdən bu əlamətdar gündə övladlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik. Bu günü xoş ovqatla, yaddaqalan və təhlükəsiz tamamlamaq bütün iştirakçı tərəflər üçün vacib məqamdır", - məlumatda qeyd olunub.

Prime Leasing