SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
ADMİU-da təntənəli “Məzun Günü” keçirilib

ADMİU-da təntənəli “Məzun Günü” keçirilib

Bakı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2024–2025-ci tədris ilinin “Məzun Günü” tədbiri baş tutub. 

Yurd.Media xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, valideynlər və qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin rəsmi hissəsində çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Rektor çıxışında 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunduğunu vurğulayıb:

“Bu əlamətdar ildə biz həm də mədəni suverenliyimizin qoruyucuları olan məzunları yola salırıq. Sizin yaratdığınız hər bir obraz, yazdığınız hər bir ssenari, çəkdiyiniz hər bir kadr, ifa etdiyiniz hər bir not Azərbaycanın mədəni müstəqilliyinə və yaradıcılıq azadlığına töhfə verəcək”.

Ceyran Mahmudova təhsil illəri ərzində universitetin ictimai və yaradıcılıq həyatında fəal iştirak edən məzunlara təşəkkürünü bildirib və onların gələcək fəaliyyətlərində də eyni əzmlə irəliləyəcəklərinə inandığını qeyd edib. Rektor, həmçinin, ADMİU-nun məzunlarına hər zaman dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Daha sonra tədbirdə 2024–2025-ci tədris ilinin yaddaqalan anlarını əks etdirən videoçarx nümayiş etdirilib. Ardınca fakültə rəhbərləri — Teatr sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyeva, Audiovizual sənətlər fakültəsinin dekanı Gülnarə Hüseynova, Musiqi sənəti fakültəsinin dekanı İradə Xəlilova, Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva, Kulturologiya fakültəsinin dekanı Səyavuş Məhişov, ADMİU Sabah qruplarının rəhbəri Nofəl Vəliyev və MBA proqramının rəhbəri Gülnarə Məmmədova çıxış edərək məzunlara uğurlar arzulayıblar.

Tədbir çərçivəsində Rəssamlıq fakültəsinin "Geyim dizaynı" ixtisası üzrə 3-cü kurs tələbələri və məzunlarının əl işlərindən ibarət geyim kolleksiyası da təqdim olunub. Qeyd edək ki, dosent Nəzakət Səfərovanın layihə rəhbəri olduğu bu kolleksiya Türkiyənin Antalya şəhərində keçirilən “Atlas Moda Həftəsi – 2025”də iştirak edir. 

Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib. ADMİU məzunu olan tanınmış sənətçilər səhnədə çıxış edərək məzunlara şən musiqi nömrələri hədiyyə ediblər. Eyni zamanda, universitetin nəzdində fəaliyyət göstərən “İncə sənət” rəqs dərnəyinin üzvləri müəllim Aydan Kamilovanın quruluşunda “Uzundərə” və “Nəlbəki” rəqslərini təqdim ediblər.

Fotolar: Sadıq Əliverdibəyli 

Prime Leasing