Şuşada 1400-ə yaxın sakin yaşayır

Şuşada 1400-ə yaxın sakin yaşayır

  • 17 aprel 2025, 15:12
Şuşa

Şuşa şəhərində artıq 1400-ə yaxın sakin yaşayır.

Yurd.Media xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, Aşağı Gövhər ağa məscidi və Çöl Qala məscidi qısa müddət ərzində bərpa olunub. Dahi Üzeyir Hacıbəyovun ev-muzeyi də bərpa prosesindən sonra açılıb.