Bir əsrə yaxın yaşı olan binada sakinlərin yaşaması təhlükəlidir.
Xətai rayonu Nzs qəsəbəsində yerləşən bina qəzalı vəziyyətdədir. Elektrik naqilləri açıq, kanalizasiya sistemi isə bərbad vəziyyətdədir. Hazırda burada 10 ailə məskunlaşıb.
Yurd.Media xəbər verir ki, sakinlər onlara bazar dəyərinə uyğun kompensasiya verilməsini istəyirlər.
"ATV"-yə şikayət edən sakinlər bildiriblər ki, Fövqaladə Hallar Nazirliyi(FHN) bu binanın qəzalı olduğunu müəyyənləşdirib. 2012-ci ildə binada qazdan partlayış oldu, 1 nəfər xəsarət aldı.
Xətai rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin binanın qəzalı vəziyyətdə olması ilə bağlı FHN tərəfindən rəy verilib. Sakinlərin köçürülməsi planlaşdırılsa da, onlar mənzillərinin bazar dəyərindən daha artıq kompensasiya tələb etdikləri üçün razılıq əldə olunmayıb. Buna baxmayaraq, problemin həlli istiqamətində qəzalı binanın sakinləri ilə yenidən danışıqlar aparılacaq.