Oğuzda sahibsiz itlərlə bağlı yeni proqramın icrasına başlanılır

Oğuzda sahibsiz itlərlə bağlı yeni proqramın icrasına başlanılır

Oğuz

Oğuz şəhərində sahibsiz itlərlə bağlı yeni proqramın icrasına başlanılır.

"Yurd.media"-nın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq hazırlıqlar icra olunur, sahibsiz itlər üçün CNVR proqramı çərçivəsində tədbirlər həyata keçiriləcək.

Layihə “İDEA” Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyi tərəfindən icra olunacaq.

Layihənin maliyyə dəyəri 5.500 manat müəyyənləşib.

Qeyd edək ki, CNVR (Catch, Neuter, Vaccinate, Return) proqramı sahibsiz heyvanların hərtərəfli sterilizasiyasıdır. Heyvanlarla insani və rəhmli rəftarı ehtiva edən bu proqram çərçivəsində sahibsiz itlər mütəxəssislər tərəfindən təhlükəsiz şəkildə xüsusi üsullarla tutulur, onlara qulluq göstərilir, peyvəndlənir və təhlükəsiz ərazilərə qaytarılırlar.