Azərbaycanda taksi sürücülərinin avtomobili düzgün zolaqda saxlamadıqları təqdirdə 3 cərimə balı və 100 manat məbləğində cərimələnməsi məsələsi son günlər xeyli müzakirələrə səbəb olub.
Yurd.Media xəbər verir ki, nəqliyyat eksperti İlqar Hüseynov bildirib ki, beynəlxalq təcrübədə şəhər təsərrüfatının idarə olunması zamanı taksi xidmətlərinin hansı zolaqda saxlaması ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunmur.
Onun sözlərinə görə, dünya praktikasında taksi sürücüsünə müştərini düşürmək üçün qaydanı pozmaq imkanları yaradılır.
Ekspert bildirib ki, bu cərimələr taksi sürücüləri üçün ciddi problemə çevrilib: "Taksi sürücüləri harada saxlayacaqlarını bilmirlər. Onlar üçün xüsusi şərait yaradılmalıdır ki, müştərini rahat şəkildə səkidən götürə və ya düşürə bilsinlər.
Qeyd edək ki, Azərbaycanda bu cür sərt qadağaların tətbiq olunmasının səbəbi bəzi taksi sürücülərinin avtobus zolaqlarına daxil olaraq qəza şəraiti yaratması və ya qəza törətməsi ilə bağlıdır.