Su ehtiyatları sahəsində problemlər kifayət qədərdir və sahənin ağır olması səbəbindən bu problemlər artmaqda davam edir. Yaxın zamanlarda isə onların tam həll olunacağı gözlənilmir.
Bu fikirləri deputat Razi Nurullayev “Yurddaş” verilişində müsahibəsində səsləndirib.
Deputatın sözlərinə görə, burada ciddi yanaşmaya ehtiyac var:
"Çünki hər gün su ehtiyatları və yağıntıların həcmi azalır. Su Ehtiyatları Agentliyi problemləri və onların həlli yollarını bilir, hətta müəyyən proqramlar da qəbul olunub. Lakin əsas çətinlik onların həyata keçirilməsindədir".
O bildirib ki, həll yollarının sürətləndirilməsi vacibdir və bunun üçün bütün dövlət orqanlarının birgə fəaliyyəti, həmçinin müəyyən tələblərin qoyulması zəruridir:
"Hazırda isə rayonlarda insanlar icra hakimiyyətlərinin qarşısına çıxaraq, hətta yolları bağlayaraq öz narazılıqlarını ifadə edirlər".