Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 11 ünvanında güclü küləyin yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb.
Sakinlərin sözlərinə görə, külək səbəbindən aşan ağaclar onları çətin vəziyyətdə qoyub. Ağaclar naqillərin üzərinə aşdığından vəziyyət daha da təhlükəli hal alıb.
Bundan əlavə, ərazidə aşmaq təhlükəsi olan başqa ağaclar da var ki, bu da sakinlərin narahatlığına səbəb olur.
"Yaşıllaşdırma İdarəsindən iki fəhlə gəlib. Nə iş görəcəklər, bilmirəm", - deyə sakin narazılıq bildirib.