Ağdam rayonunun Sarıcalı kəndinə daha bir köç gəldi, sakinlərinə evlərinin açarları verildin.
Yurd.Media "Report"a istinadən xəbər verir ki, kəndə 39 ailə – ümumilikdə 153 nəfər köçürülüb. Onlardan 22 ailə (85 nəfər) Bakı şəhərindən, 4 ailə (18 nəfər) Bərdə rayonundan, 2 ailə (9 nəfər) Biləsuvar rayonundan, 3 ailə (8 nəfər) Ağdam rayonundan, 2 ailə (8 nəfər) Ağcabədi rayonundan, 2 ailə (8 nəfər) Yevlax şəhərindən, 1 ailə (6 nəfər) Abşeron rayonundan, 1 ailə (6 nəfər) İmişli rayonundan, 1 ailə (3 nəfər) Ucar rayonundan və 1 ailə (2 nəfər) Mingəçevir şəhərindən köçürülüb.
Bu günkü köçlə birlikdə Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 76-ya, sakinlərin sayı isə 299 nəfərə çatıb.
Qeyd edək ki, Sarıcalı kəndinə sonuncu köç karvanı aprelin 2-də yola salınıb.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda yalnız köçürülən keçmiş məcburi köçkünlər deyil, eyni zamanda burada həyata keçirilən layihələrdə çalışan, dövlət qurumlarının yerli bölmələrində fəaliyyət göstərən, eləcə də yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika müəssisələrində çalışan ümumilikdə 40 minə yaxın insan yaşayır.