SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Vərəmlə mübarizə gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Vərəmlə mübarizə gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

  • 25 mart 2026, 10:21

24 mart 2026-cı il – Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyinin ofisində gənclər və yaşlı insanların iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə vərəmin yayılma yolları, əsas əlamətləri, profilaktikası, vaxtında müayinə və müalicənin əhəmiyyəti barədə məlumat verilmişdir. İştirakçıların diqqətinə çatdırılmışdır ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2024-cü ildə dünyada təxminən 10,7 milyon insan vərəmlə xəstələnib və 1,23 milyon insan bu xəstəlikdən həyatını itirib.

Görüşdə vərəmin qarşısı alına bilən və müalicə olunan xəstəlik olduğu vurğulanmış, xəstəliklə bağlı düzgün məlumatlılığın artırılmasının, erkən müayinənin və vərəmə yoluxmuş şəxslərə qarşı stiqma və ayrı-seçkiliyin yolverilməzliyinin vacibliyi qeyd edilmişdir. Tədbir iştirakçıların suallarının cavablandırılması və fikir mübadiləsi ilə yekunlaşmışdır.

Skat.az - Ev və Avtomobil elanları