İnsanlar arasında piylənmə problemi 1990-cı ildən bu günə kimi 2 dəfə artıb.
“Yurd.Media” “TRT Haber”ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, 1990-cı illərdə 5-19 yaş aralığındakı uşaqların 2 faizi piylənmədən əziyyət çəkirdisə, 2020-ci illərdə bu göstərici artıq 4 faiz olub. Bundan başqa, 18 yaşdan yuxarı insanların 43 faizinin çox kilolu olduğunu və bunun 1990-cı illərə nisbətən 2 dəfə artdığını açıqlayıb.
Piylənmənin özü problem olmaqla yanaşı həmçinin digər xəstəliklərə də yol açır. Artıq çəki ürək xəstəliyinə, sümük ağrılarına, xərçəng riskinə, yuxu probleminə səbəb ola bilir.
İnsanların piylənmə problemi iqtisadiyyata da mənfi təsir edir. Belə ki, əvvəl bu xəstəlik yüksək gəlirli ölkələrdə müəyyən edilirdisə, indi artıq aşağı və orta gəlirli ölkələrdə də daha tez tez rast gəlinməyə başlayıb.
Amma eyni zamanda piylənmə yoluxucu, keçici xəstəlik olmadığından onu qarşısını almaq olur. Məsələn, hamiləlik vaxtı düzgün qidalanma, uşaqların sağlam qidalanması, şəkərli içkilərin azaldılması və s. qeyd etmək olar. Piylənmənin qarşısının alınması üçün sağlam pəhriz və müntəzəm fiziki fəaliyyət lazımdır.
Qeyd edək ki, ÜST-a üzv ölkələr tərəfindən şəkərli diabet və piylənmənin artmasının dayandırılması üçün "qeyri-infeksion xəstəliklər üçün hədəflər" təsdiq edilib.