SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Narkotiklərin ağızda yaratdığı bəlalar: çürümə, quruluq, absses...

Narkotiklərin ağızda yaratdığı bəlalar: çürümə, quruluq, absses...

Dünyada narkotik istifadəsi getdikcə artır. BMT-nin məlumatına görə, 15-64 yaş arası 243 milyon insan narkotik istifadəçisidir. Bu problem daha çox kişilər arasında yayılıb. Dünya Səhiyyə Təşkilatı bildirir ki, 2 milyarddan çox insan alkoqol istifadə edir və çoxları bu səbəbdən sağlamlıq problemləri yaşayır. Narkotik asılıları öz sağlamlıqlarına, xüsusən də ağızlarına fikir vermirlər. Narkotiklər yalnız ağız sağlamlığını deyil, bütöv bədəni də zədələyir.

Narkotik maddələr beyində dopamin adlı maddənin çoxalmasına səbəb olur. Bu da insanın narkotikdən asılı olmasına gətirib çıxarır. Maddə istifadəçilərində depressiya, yaddaş problemləri, narahatlıq, hətta daxili qanaxma və ağır xəstəliklər ola bilər. Ağızda isə diş çürüməsi, ağız quruluğu, dişlərin sürtülməsi, diş əti xəstəlikləri kimi problemlər yaranır. Məsələn, kokain istifadəçilərində ağızda qeyri-iradi hərəkətlər, heroin istifadəçilərində isə çox sayda çürük, itmiş dişlər olur.

Narkotik istifadəçiləri ağız gigiyenasına az diqqət edir. Onlarda ağızda bakteriyalar artır, diş daşları çoxalır, diş ətləri iltihablanır. Alkoqol da bu problemləri daha da ağırlaşdırır. Narkotik istifadə edənlərdə dişlərin çürüməsi sürətlənir və diş ətləri zəifləyir. Bu da dişlərin sallanmasına və itirilməsinə gətirib çıxarır.


Diş həkimi xəstənin narkotik istifadə edib-etmədiyini düzgün müəyyən etməlidir. İynə izləri, ağız qoxusu, gözlərin qırmızı olması, dişlərin vəziyyəti bunu göstərir. Müalicə zamanı anesteziya diqqətlə seçilməlidir. Ağrını azaltmaq üçün NSAİD tipli dərmanlar verilir, amma alkoqol istifadə edənlərdə turşulu dərmanlardan uzaq durmaq lazımdır. Müalicəni narkotik istifadə olunan gündən 24 saat sonra etmək daha məqsədəuyğundur.

Hamilə qadınlarda narkotik istifadə uşaqda ciddi fiziki və ruhi problemlərə səbəb olur. Ona görə də bu qadınlarda da anesteziya və dərman istifadəsi diqqətlə aparılmalıdır. Antibiotik və ağrıkəsicilər məhdud sayda istifadə olunmalıdır.

Məhbubə Mehdiyeva
Araşdırmaçı ekspert

Prime Leasing