SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Narkotikin gətirdiyi dəri problemləri - Ekspert yol göstərir

Narkotikin gətirdiyi dəri problemləri - Ekspert yol göstərir

Əgər  insan narkotik maddələrdən istifadə edirsə, bu təkcə beyninə və bədəninə yox, dərisinə də zərər verir. Dəridə yaralar, izlər, qaşınma və irinli qabarcıqlar əmələ gəlir. Bəzən bu yaralar sağalmır, hətta bəzən ayaq və ya qolun kəsilməsinə (amputasiyaya) səbəb olur.

Dəriyə Zərər Haradan Gəlir?

1. İynə vurmaq:
Narkotik istifadə edənlər çox vaxt iynədən istifadə edirlər. Amma eyni iynəni təkrar-təkrar vuranda və ya başqasının iynəsindən istifadə edəndə dəridə irinli yaralar, qızartılar, göyərmələr və izlər qalır.

2. Davamlı qaşınma:
Bəzi narkotiklər insanın dərisində elə bir hiss yaradır ki, sanki dərisinin altında nəsə gəzir. İnsan özünü qaşımağa başlayır və nəticədə dərisi cırılır, qanayır, yara açılır.

3. Zəhərli qarışıqlar:
Bəzən narkotik maddələrin içinə “xilazin” kimi ucuz, heyvan dərmanı qatırlar. Bu qarışım dəridə çox dərin və qaralmış yaralar yaradır. Hətta bu yaralar bəzən çürüyür və həkim o yeri kəsməli olur.

4. Bədənin müqaviməti azalır:
Narkotikdən uzun müddət istifadə edən adamın immuniteti (yəni bədəninin özünü qoruma gücü) azalır. Bədən mikroblara qarşı mübarizə apara bilmir və kiçik yaralar da böyüyüb ciddi problemə çevrilir

Narkotik İstifadə Edən Adamda Bu Dəri Problemləri Olur:

- İrinli yaralar ( bəzən cəsəd qoxusu)

- Qızartı, ağrı, şişlik

- Göyərmiş və qara qabıqlı dəri ( ele bil kimsə tərəfindən döyülüb)

- Qaşınmış və soyulmuş hissələr ( dəniz kənarında yananda soyulan dəri kimi)

- Dəridə tünd ləkələr və ya ağarmış sahələr

- Bədən temperaturu yüksəlir (infeksiya olanda)

Araşdırmaçı-ekspert Məhbubə MehdiyevaAraşdırmaçı-ekspert Məhbubə Mehdiyeva

Belə halla rastlaşanda mikroblu yara varsa, antibiotik verilir, irin varsa, cərrah onu boşaldır. Həmçinin psixoloji dəstək verilməsi vacibdir, çünki bu insanlar tez-tez stres və qorxu içində olur. Narkotikdən çıxmaq üçün xüsusi müalicə və reabilitasiya proqramlarına yönləndirilir.

Necə qorunaq?

Təhlükəli iynələrdən uzaq durmaq

Dərini təmiz saxlamaq

Yaxşı qidalanmaq və bədəni gücləndirmək

Ən əsası – narkotikdən uzaq durmaq və dəstək almaq

Vəziyyəti praktik izah edək.

Rasim (şərti adı) gənc iynə ilə narkotik vurmağa başlayır. Əvvəlcə sadə bir iynə yeri görünür. Sonra ora irinləyir. Yara açılır. Dostlarından gizlənmək üçün yaraya əhəmiyyət vermir. 1 ay sonra yara çürüyür. Həkim onu xəstəxanaya aparır, amma gec olur – ayağındakı yara sağalmır və kəsilir.

Narkotik insanı daxildən də, çöldən də çürüdür. Əgər bir insan dərisində bu cür dəyişikliklər hiss edirsə və ya tanıdığı biri bu vəziyyətdədirsə, onu mütləq həkimə aparmaq lazımdır. Narkotikdən uzaq durmaq – həyatını, sağlamlığını və dərini qorumağın ən yaxşı yoludur.

Araşdırmaçı-sosioloq Məhbubə Mehdiyeva

Prime Leasing