SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Narkomaniyadan çıxış: Reabilitasiya mərkəzləri və mərhələləri

Narkomaniyadan çıxış: Reabilitasiya mərkəzləri və mərhələləri

Narkotik asılılığı – təkcə şəxsi yox, ailəni, cəmiyyəti sarsıdan bir bəladır. Bu problemə düşən insan üçün həyat sanki qaranlıq tunelə çevrilir. Amma bu tunelin sonunda işıq var – doğru müalicə və reabilitasiya yolu ilə. 

“Narkomalniyadan çıxış” yalnız fiziki yox, psixoloji güc tələb edən uzunmüddətli bir prosesdir. Bəs bu çətin yolda insanlara kim və necə yardım edə bilər? Reabilitasiya mərkəzləri hansı mərhələlərlə işləyir və çıxış yolu necə tapılır?

Reabilitasiya harada və necə aparılır?

Narkotikdən azad olmaq üçün ilk növbədə uyğun reabilitasiya mərkəzi seçilməlidir. Hər insanın vəziyyəti fərqlidir – kiminsə psixoloji dəstəyə, kiminsə sadəcə nəzarətə ehtiyacı var. Bu zaman üç əsas qərar verilməlidir:

1. Hansı mühitdə müalicə olunmalı?

Stasionar müalicə: Pasiyent reabilitasiya mərkəzində qalır, 24 saat tibbi və psixoloji nəzarət altında olur.

Ambulator müalicə: Evdə yaşayır, sadəcə günün müəyyən saatlarında mərkəzə gedib terapiya alır (həftədə 3-5 gün).

2. Müalicənin müddəti nə qədər olmalıdır?

Qısa müddətli proqram: 30 günlük, əsasən yüngül asılılıqlar üçün nəzərdə tutulur.

Uzunmüddətli proqram: 60, 90 və ya 120 gün davam edir. Daha dərin və köklü problemin həlnə yönəlib.


3. Xüsusi ehtiyaclar üçün uyğunlaşdırılmış mərkəzlər

Hər kəsin vəziyyəti eyni deyil. Bəzi reabilitasiya mərkəzləri xüsusi qruplar üçün fəaliyyət göstərir:

Holistik mərkəzlər – ruh, bədən və düşüncəni birlikdə sağaltmağa yönəlik yanaşmalar;

Qadınlara özəl mərkəzlər – qadınların yaşadığ xüsusi çətinliklərə uyğunlaşdırılmış mühit və dəstək;

Hamilə qadınlar və yeni analar üçün mərkəzlər;

Psixiatrik problemlərlə yanaşı narkotik aludəçiliyi olanlar üçün mərkəzlər;

Əlillər və yaşlılar üçün uyğunlaşdırılmış şəraitlər;

Gənclər və yeniyetmələr üçün proqramlar;

Veteranlara dəstək verən mərkəzlər;

Yüksək komfort axtaranlar üçün lüks mərkəzlər.

Reabilitasiya prosesinin əsas mərhələləri

1. Qiymətləndirmə (İlkin qəbul)

Tibbi və psixoloji vəziyyət analiz olunur. Nəticədə hansı maddədən istifadə olunduğu, nə qədər davam etdiyi öyrənilir. Sonda fərdi müalicə planı hazırlanır.


2. Detoks (Bədənin təmizlənməsi)

Narkotik maddənin orqanizmdən çıxarılması adətən 3–7 gün çəkir. Əsas əlamətlər narahatlıq, titrəmə, yuxusuzluq ola bilər. Bu mərhələ mütləq tibbi nəzarət altında aparılmalıdır.


3. Psixoloji bərpa və terapiya

Davranış terapiyası, fərdi və qrup seansları, habelə ailə ilə birlikdə terapiyalar keçirilə bilər. Həmçinin sənət, idman, musiqi ilə tamamlayıcı müalicələr təyin olunur.


4. Müalicədən sonrakı dəstək (Aftercare)

Müalicədən sonra da dəstək davam edir. Buraya daxildir “Ayıq həyat evləri” – sağalan şəxslər üçün birgə yaşama mühitləri, vaxtaşırı terapiyalar, psixoloji dəstək, 12 addımlı proqramlar ilə davamlı motivasiya və nəzarəti 

Narkotikdən azad olmaq yalnız bədən deyil, həyat tərzi dəyişikliyidir. Düzgün mühit, düzgün yanaşma və güclü dəstək insanı yeni həyata qaytara bilər.

Məhbubə Mehdiyeva - araşdırmaçı ekspert

Prime Leasing