Şəkərli diabetin insan sağlamlığına təsiri ilə bağlı aparılan tədqiqatlar bu xəstəliyin vaxtından əvvəl qocalmaya səbəb ola biləcəyini göstərir. Alimlərin araşdırmalarına görə, orta yaşda diabetə yoluxan insanlar sağlam həmyaşıdlarından doqquz il az yaşaya bilərlər.
Yurd.media bu mövzuda danışan tibb elmləri namizədi, qastroenteroloq və hepatoloq Sergey Vyalov geniş yayılmış bir yanlış təsəvvürə diqqət çəkib. O, özünün Telegram kanalında bildirib ki, bir çox insan insulinin sıçrayışlarının zərərli olduğunu düşünür, lakin əslində bu, orqanizmin normal hormonal reaksiyasıdır.
Həkimin sözlərinə görə, əsas təhlükə insulinin səviyyəsinin uzun müddət yüksək qalmasıdır. Bu, hormonun effektiv işləmədiyini göstərir və nəticədə şəkərli diabet riskini artırır.