Gəncədə səyyar tibbi aksiya keçirildi

Gəncədə səyyar tibbi aksiya keçirildi

  • 27 aprel 2025, 14:46
Gəncə

Gəncə şəhərində yerləşən Avropa Bərpa Mərkəzində növbəti “Erkən Müayinə – Can Qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirmə aksiyası həyata keçirilib.

Yurd.Media xəbər verir ki, aksiya “Fərqindəlik” layihəsinin təşkilatçılığı, PAŞA Holding, Səhiyyə Nazirliyinin dəstəyi ilə baş tutub. Tədbirin əsas məqsədi regionda ictimai sağlamlıq savadlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və əhaliyə əlçatan tibbi xidmət imkanlarını genişləndirmək olub.

Avropa Bərpa Mərkəzində gün ərzində saat 10:00-dan 18:00-a qədər fəaliyyət göstərən aksiya Gəncə sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Səhər saatlarından etibarən yüzlərlə vətəndaş tibbi müayinələrdən keçmək üçün tədbirə qoşulub.

Tibbi xidmətlərdən qanda şəkər və arterial təzyiqin ölçülməsi, ilkin laborator analizlər, terapevt və endokrinoloq müayinələri həyata keçirilib.

Səyyar tibbi heyət tərəfindən risk qrupuna daxil olan şəxslər müəyyənləşdirilərək, onlara fərdi sağlamlıq tövsiyələri verilib. Qanda şəkər səviyyəsində pozuntular aşkarlanan şəxslərə qlükometr cihazları hədiyyə edilib.