SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Yeniyetmənin həyatına son qoyan pirotexniki vasitənin partlaması olub - VİDEO

Yeniyetmənin həyatına son qoyan pirotexniki vasitənin partlaması olub - VİDEO

  • 30 noyabr 2025, 16:03

Qorxu keçirən 17 yaşlı yeniyetmə 1 il əvvəl bitirdiyi məktəbin qarşısındakı həyətdə ölüb.

Yurd.Media xəbər verir ki, hadisə 2 gün əvvəl axşam saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki 94 saylı məktəbin qarşısında baş verib.

17 yaşlı Eşqin Məhi oğlu Rüstəmov yaxın dostlarının əhatəsində vəfat edib. Onun ayağının altına atılan pirotexniki vasitədən həyəcan keçirdiyi bildirilir.

Hadisənin baş verdiyi an Eşqi Rüstəmovun yanında olan həmyaşıdları onun partlayışdan həyəcan keçirdiyini iddia ediblər.

Fidan Hüseynova "Xəzər Xəbər"ə bildirib ki, təcili tibbi yardım ilkin yardım göstərib getdikdən sonra Eşqi Rüstəmovun səhhəti yenidən pisləşib.

Mərhumun qonşuları bildirib ki, Eşqin Rüstəmovun ailəsi əslən Cəbrayıl rayonundandır. Evin tək oğlu olan Eşqinin özündən başqa bir bacısı var.

Hazırda faktla bağlı araşdırma aparılır.

Prime Leasing
SPE Annual Caspian