SÜJET
“Konstitusiya və Suverenlik İlinə” həsr olunan “Yay Fest 2025” gənclər festivalı çərçivəsində “Humanizm” düşərgəsi təşkil edilib.
Yurd.Media xəbər verir ki, 21-25 iyul tarixlərini əhatə edən düşərgə müddətində 250 gənc humanist dəyərlər, emosional anlayış və sosial məsuliyyət prinsipləri ətrafında bir araya toplaşaraq həm sosial bacarıqlarını, həm də biliklərini artırıblar. “Humanizm” düşərgəsinin əsas məqsədi humanizm ideyalarının gənclər arasında təşviq olunması və onların cəmiyyətə qarşı məsuliyyətli fərd kimi formalaşması olub.
Qeyd edək ki, “Yay Fest 2025” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.