SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Sumqayıtda binanın artırması söküldü - VİDEO

Sumqayıtda binanın artırması söküldü - VİDEO

  • 23 may 2026, 12:01

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-in Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Sumqayıtda binanın artırması söküldü - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları