SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Xocalının bu kəndlərinə ilk köç olacaq

Xocalının bu kəndlərinə ilk köç olacaq

  • 13 iyul 2025, 14:13
Xocalı

Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç olacaq.

Yurd.Media xəbər verir ki, sakinlər iyulun 14-də doğma yurdlarına yola salınacaqlar.

Təzəbinə kəndinə 28 ailənin yəni 125 nəfərin köçürülməsi nəzərdə tutulur. Xanyurdu kəndinə isə 33 ailə (122 nəfər) köçürüləcək.

Bununla da Xocalı rayonunun 4 yaşayış məntəqəsinə 327 ailə, yəni 1433 nəfərin daimi məskunlaşması təmin ediləcək.

Qeyd edək ki, həm Təzəbinə, həm də Xanyurdu kəndləri işğaldan azad edildikdən sonra yenidən qurulub. Hər iki yaşayış məntəqəsində evlər, məktəb, uşaq bağçası, sosial müəssisələr əsaslı təmir olunub, lazımi infrastruktur yaradılıb, təmizlik və digər abadlıq işləri görülüb.

Prime Leasing