SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
WUF13 ilə bağlı 41 kilometrdən çox XÜSUSİ HƏRƏKƏT ZOLAĞI

WUF13 ilə bağlı 41 kilometrdən çox XÜSUSİ HƏRƏKƏT ZOLAĞI

  • 16 may 2026, 17:18
Bakı

Mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı 6 küçə və prospektdə ümumi uzunluğu 41,5 kilometr olan xüsusi hərəkət zolağı təşkil edilib və yeni yol nişanları quraşdırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, 34 küçə və prospektdə (ümumi 170 kilometr) üfüqi nişanlama xətləri bərpa edilib, 19 küçə və prospektdə (20 kilometrdən artıq) yeni salınmış asfalt örtüyündə xətlərin bərpası aparılıb.

Məlumata əsasən, şəhər ərazisində təşkil edilən mikromobillik zolaqlarının uzunluğu 63,2 kilometrə çatdırılıb. Bakının küçə və prospektlərində təşkil edilən bu zolaqlar cəlbetmə məntəqələrini əlaqələndirir.

Kiçik elektrikli nəqliyyat vasitələri üçün parklanma yerləri optimallaşdırılıb və operatorlar həmin məntəqələr üzrə fəaliyyət göstərir. WUF13 qonaqlarının kiçik məsafələrə rahat səyahət etmələri üçün müvafiq şərait yaradılıb. Skuter parkı yenilənib və onların kirayəsi üçün xarici mobil nömrələrdən qeydiyyatın aparılma imkanı yaradılıb. Eyni zamanda, WUF13-lə əlaqədar patrul sistemi gücləndirilmiş iş rejiminə keçirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları