“VİA Construction” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) məhkəməyə verilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Müfəttişliyi Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən protokol tərtib edilib.
Protokola əsasən, “VİA Construction” MMC-nin sabiq işçiləri – orada fəhlə işləmiş 1967-ci il təvəllüdlü Zeynalov Nizami İbrahim oğlu və 1966-cı il təvəllüdlü digər bir şəxs işlədikləri dövrdə Xocavənd rayonu ərazisində binanın dam hissəsində iş görərkən baş vermiş istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmayıblar.
Bununla bağlı şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə ittiham elan edilib.
Ağdam Rayon Məhkəməsinin qərarı ilə “VİA Construction” MMC 5 min manat cərimə edililib.
Qeyd edək ki, “VİA Construction” MMC ötən il Xocavənd rayonunun Hadrut qəsəbəsində İnfrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri işlərinin göprülməsi üçün elan olunmuş tenderin qalibi seçilmişdi. Bu işlər üçün şirkətlə 3 milyon 695 min 545 manat dəyərində müqavilə imzalanıb.