Alman-Azərbaycan Xarici Ticarət Palatasında (AHK Azərbaycan) Maliyyə və İnvestisiya üzrə İşçi Qrupunun sədr müavini vəzifəsinə təyinat olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifə Tələt Qalayevə həvalə edilib.
Tələt Qalayev paralel olaraq “Unicapital İnvestisiya Şirkəti” ASC-də baş direktorun müavini vəzifəsində də çalışır. O, 2020-ci ilin yanvar-iyun aylarında həmin şirkətdə baş direktorun müşaviri olub.
Tələt Qalayev 2014–2025-ci illərdə “700.AZ” şirkətinin həmtəsisçisi olub. O, 2021–2025-ci illərdə Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.
Bundan əvvəl Tələt Qalayev “PAŞA Kapital” QSC-də direktor müavini, “Europa Composite” şirkətində icraçı direktor, Bakı Fond Birjasında Ticarət və Üzvlük şöbəsinin rəhbəri, “Chelsea Capital” şirkətində bazar əməliyyatları üzrə direktor müavini, “Caspian Financial” şirkətində direktor müavini, “Kazimir Partners” şirkətində tədqiqat analitiki və “Standard Capital” şirkətində baş treyder vəzifələrində çalışıb.
Tələt Qalayev