SÜJET
Bugün Oxu.Az xəbər saytı 12 yaşını qeyd edir.
"Global Media Group" tərkibində fəaliyyət göstərən sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb.
Sayt hər gün yüzlərlə xəbəri Azərbaycan, rus və türk dillərində yayımlayır.
Oxu.az-ın baş redaktoru Ülvi Səfərov Yurd.Media-ya bildirib ki, saytın kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır:
"Ötən illər ərzində Oxu.Az Azərbaycanda ən çox oxunan informasiya resursu olub və komandamız bu tendensiyanın dəyişməz qalması üçün gücünü əsirgəmədən çalışır. Bu gün əziyyətimizin bəhrəsini də görürük - gündəlik 250-300 min unikal oxucusu olan Oxu.az ölkənin ən populyar xəbər resurslarındandır".
Onun sözlərinə görə, istənilən maraq dairəsinə aid olan oxucu saytda özünə uyğun xəbərləri tapa bilər:
"12 ildir Azərbaycan cəmiyyətinə dayanmadan, hər gün 24 saat ərzində 3 dildə xəbər ötürürük. Çalışırıq xəbərlərimiz operativ, düzgün və dolğun olsun ki, oxucuda hər hansı sual yaranmasın".
Gələcək planlar barədə danışan Ülvi Səfərov qeyd edib ki, məqsəd videokontenti artırmaq, saytın video tərəfini gücləndirməkdir.
.