SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Türkiyənin vitse-prezidenti Azərbaycana səfər edəcək

Türkiyənin vitse-prezidenti Azərbaycana səfər edəcək

  • 06 dekabr 2025, 15:32

Türkiyə Respublikası vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edəcək.

Yurd.Media xəbər verir ki, səfər çərçivəsində Cevdet Yılmaz  MÜSİAD Azərbaycan Ümumi Yığıncağında iştirak edəcək.

23 dekabrda keçiriləcək tədbirdə həmçinin Azərbaycanın aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin, eləcə də Türkiyə ticarət naziri Ömer Bolat və digər rəsmi nümayəndələrin iştirakı gözlənilir.

Toplantıda MÜSİAD yeni İdarə Heyətinin sədri və üzvlərinin seçilməsi, həmçinin qurumun qarşıdakı dövr üzrə strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə vitse-prezidenti həmçinin Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyə Ticarət Nazirliyinin dəstəyi ilə keçiriləcək II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda da iştirak edəcək.

Prime Leasing
SPE Annual Caspian