Bakıda keçirilən Hərbi paradda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışı bitib, hərbçilərin keçidi başlayıb.
Yurd.Media xəbər verir ki, Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, "Zəfər" və "Qarabağ" ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edir.
Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı altında tribunaya doğru irəliləyib.
Dövlət bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları Azadlıq meydanına gətirilib.
Hərbi paradda Türkiyə hərbçiləri tribuna önündən keçid ediblər.
Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən ibarət heyətə zabit Uğur Alan başçılıq edib.
Hərbi paradda Pakistan hərbçiləri də iştirak edir.
Pakistan Silahlı Qüvvələrinin parad heyəti mayor Saqib Alanın başçılığı ilə tribuna önünüdən keçib.