"Anadolu Leasing" MMC-də yeni yaradılmış Audit Komitəsinə sədr təyin olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə bu vəzifəyə Ramin Bayramov təyin olunub.
O, "Turan Bank" ASC-də Müşahidə Şurasının müstəqil üzvü və Audit komitəsinin üzvüdür. Eyni zamanda "International Consulting Company" şirkətində də vəzifə daşıyır.
R.Bayramov həmçinin Azərbaycan Dövlət İqtisad Universtetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin müəllimi, Azərbaycan Turizm və Menecment Universtetinin "İqtisadiyyat" kafedrasının müəllimi, Odlar Yurdu Universtetinin "Magistratura" şöbəsinin müəllimidir.
R.Bayramov “Bank sistemi və bank əməliyyatları testlərlə” kitabının müəllifidir.
Qeyd edək ki, "Anadolu Leasing" MMC Bakı şəhərində fəaliyyət göstərən, fiziki və hüquqi şəxslərə maliyyə lizinqi xidmətləri təqdim edən kredit-maliyyə təşkilatıdır. Şirkət əsasən avtomobil lizinqi, kommersiya texnikası və avadanlıqların maliyyələşdirilməsi sahəsində ixtisaslaşıb.
Ramin Bayramov