SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Bakı Şəhəri İcra Hakimiyyəti bu güllərə 1 milyon manatdan çox xərcləyəcək - SİYAHI

Bakı Şəhəri İcra Hakimiyyəti bu güllərə 1 milyon manatdan çox xərcləyəcək - SİYAHI

  • 16 oktyabr 2026, 21:16
Bakı

Bakı Şəhəri İcra Hakimiyyətinin 1 milyon manatdan çox xərcləyəcəyi güllərin növləri açıqlanıb.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin Ağac-Bəzək Bitkiləri Sovxozu bitkilərin satınalınması ilə əlaqədar hazırlıqlara başlayıb.

Belə ki, qurum bitkilətin alqı-satıqısı ilə əlaqədar şirkət axtarışına çıxıb.

Məlumata əsasən, Geran, Karendula, Kələm gülü, Qazaniya, Türk qərənfili, Anthirium, Alisium, Viola, Beqoniya, Primula, Ranunkulus, Portulak, Salviya, Georgin, Ciniya, Balzamin, Taqates, Besmertnik, Ageratum, Rudbekiya, Celloziya, Astra, Petuniya, Karbabrotus, Ostrasperium bitkilərinin satınalınması nəzərdə tutulub.

Sözügedən bitkilərin satınalınmasına 1,3 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Skat.az - Ev və Avtomobil elanları