Bakıda sərnişinlə insidentə görə işdən çıxarılan avtobus sürücüsünün görünən tatuajları müzakirələrə səbəb olub, ekspert isə qanunvericilikdə bununla bağlı məhdudiyyət olmadığını bildirib.
Qeyd edək ki, 22 oktyabr tarixində saat 12:37 radələrində Təbriz küçəsi 30 ünvanında "BakuBus" MMC- nin istismarında olan 5 nömrəli avtobusun sürücüsü ilə sərnişin arasında insident baş verdiyinə görə, həmin sürücünün işdən azad edildiyi bildirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə sürücünün boğaz və əl nahiyələrində tatuajların olduğu görünür. Bəs ictimai nəqliyyat sahəsində çalışan sürücülərin görünən bədən nahiyələrində tatuajların olması onların işə qəbulu və əmək fəaliyyəti baxımından hər hansı problem yarada bilərmi?
Nəqliyyat eksperti Elməddin Muradlı Yurd.Media-ya bildirib ki, belə yanaşmalar müəyyən neqativ mənzərələri ortaya çıxarır:
"Sürücülərin tatuaj elementləri ilə bağlı hər hansısa məhdudiyyət və qanun yoxdur. Əsas faktorlar sürücünün psixoloji durumu, sağlamlığı, bilik və bacarıqları, davranışları qaydasında olmasıdır. Hər bir şirkətin özünün İnsan Resursları şöbəsi nəzarət etməlidir ki, sürücü nə işlə məşğul olur, sükan arxasında özünü necə aparır, psixoloji vəziyyəti nə yerdədir, ailə vəziyyəti nə yerdədir? Bunlar təbii ki, onun iş prosesinə mane olan nüanslardır."
Onun sözlərinə görə, bu adam tiktokerdir, sosial şəbəkə ulduzuna çevrilib və belə adam da gəlib avtobus sürür:
"Belələrinin iş başında olması sual doğurur. Çünki avtobus sürücüləri bu gün kifayət qədər çox deyil. Bəzi şirkətlər sürücünü xahiş-minnətlə iş başında saxlayır ki, getməsin. Çünki onlara verilən məvacib yüksək deyil. Avropada və başqa ölkələrdə işləməyə üstünlük verirlər".
Elməddin Muradlı"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva isə Yurd.Media-ya bildirib ki, şirkətdə sürücülərin peşə hazırlığı, sərnişinlərlə ünsiyyət mədəniyyəti və xidməti davranış qaydalarına riayət etməsi xüsusi diqqətdə saxlanılır:
"Onlardan yalnız nəqliyyat vasitəsini idarə etmək bacarığı deyil, eyni zamanda sərnişinlərlə düzgün ünsiyyət qurmaq, yarana biləcək mübahisəli vəziyyətlərdə təmkinli davranmaq və vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşmaq tələb olunur. Sürücülərin fəaliyyəti mütəmadi olaraq izlənilir, daxil olan müraciət və şikayətlər əsasında onların davranışlarına qiymət verilir, qayda pozuntusu aşkarlandıqda isə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür".
O, qeyd edib ki, sürücünün əsas vəzifəsi sərnişinləri başlanğıc məntəqədən son məntəqəyə təhlükəsiz və fasiləsiz daşınmasını təmin etməkdir:
"Sürücü yalnız səhhətində ciddi problem yarandıqda və ya avtobusda texniki nasazlıq baş verdikdə hərəkətini dayandıra bilər. Qeyd olunan hadisə ilə bağlı sürücünün davranışı qəbuledilməz hesab edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. “BakuBus” MMC olaraq sərnişinlərin təhlükəsizliyinə, hüquqlarına və xidmət keyfiyyətinə xələl gətirən hallara münasibətimiz birmənalı və qətidir" - deyə o bildirib.
Əsmər Əliyeva i