SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı

13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı

  • 26 oktyabr 2026, 11:19

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kadr islahatı aparılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Afaq Babayeva rəisinin müavini postundan ayrılıb.

O, 2026-cı ilin iyun-avqust aylarında SOCAR-ın Korporativ Maliyyə Departamentində şöbə rəisinin müavini vəzifəsində çalışıb.

Afaq Babayeva bundan əvvəl SOCAR-ın Korporativ Maliyyə Departamentində və Korporativ İdarəetmə Departamentində baş iqtisadçı, eləcə də şirkətdə əsas məlumatların idarə edilməsi üzrə mütəxəssis vəzifələrində işləyib.

O, SOCAR-da ümumilikdə 13 ildən artıq fəaliyyət göstərib. Bundan əvvəl isə BMT-nin İnkişaf Proqramında (UNDP) maliyyə köməkçisi və layihə köməkçisi vəzifələrində çalışıb.

Afaq BabayevaAfaq Babayeva

Skat.az - Ev və Avtomobil elanları